Lalə Şövkət tərəfdarlarını mitinqə çağırdı

Dərc olunub: 19/09/2013 - 20:22

2aaAzərbaycan Liberal Partiyası (ALP) öz tərəfdarlarını, partiya üzvlərini Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin 22 sentyabr mitinqində iştirak etməyə çağırıb. Bu barədə Modern.az saytına ALP sədri Əvəz Temirxan bildirib.
Partiya sədrinin sözlərinə görə, liberallar Cəmil Həsənlinin qələbəsi üçün əlindən gələni etməyə hazırdır:“Cəmil bəy necə məsləhət görsə, elə də olacaq. Biz Cəmil Həsənlinin 22 sentyabr mitinqində partiya olaraq qatılacağıq. Bütün tərəfdarlarımızı da mitinqdə iştirak etməyə çağırırıq. Bizim Liberal Partiya olaraq rayonlara səfərimiz Cəmil bəyin məsləhətindən asılıdır, o harada bizim köməyimizə ehtiyacı olsa, biz hazırıq. İmkanımız olan yerdə Cəmil bəyin qələbəsi üçün çalışacağıq. Biz partiya olaraq Cəmil bəyin qələbəsi üçün əlimizdən gələni edəcəyik”.








loading...


Fikrinizi bildirin