Ərdoğan BMT-yə od püskürdü -  “Sən nə işə yarayırsan? ” + VİDEO

"Bizim alnımızda axmaq yazılmır. Heç kim inciməsin". ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənc iş adamları konfederasiyasının(TÜGİK) toplantısında deyib. O, ölkəsinin qəbul etdiyi qaçqınlar barədə danışarkən BMT-ni də sərt tənqid edib.

Suriyadan Türkiyə sərhəddinə olan köçdən bəhs edən prezident qeyd edib ki, bu axının ən böyük səbəbi Rusiya və Əsəd rejiminin başlatdığı, mülki əhalini hədəfə alan hücumlardır. Buna baxmayaraq BMT hücum edənlərə qarşı ölçü götürmək yerinə, Türkiyəyə çağırış edir. Bu isə səmimiyyətsizlikdir.

"Nə var, nə var "qapınızı açın, onları qəbul edin". Ey BMT, onda sən nə işə yarıyırsan, sənin vəzifən nədir? Bu günə qədər qaçqınlara 10 milyard dollara yaxın vəsait xərcləyən Türkiyədir. Sən onlara nə qədər dəstək vermisən? 455 milyon dollar... Ayıbdır, ayıb... BMT bu iş üçün qurulmayıb. Bizə bu nəsiəti verənlər BMT-yə üzv digər ölkələrə də bir nəsiət versinlər, bizdə qaçqınları o ölkələrə göndərək. Dünyadakı digər ölkələrin qəbul etdiyi qaçqın sayı nə qədərdir? Bəzilərində 100, o birində 300, birində 500, 1000. Səbr, səbr, səbr. Bu da bir yerə qədər. Ondan sonra gərəyi nədirsə onuda edərik".

Onun sözlərinə görə, gələn insanların vəziyyəti ağır olanlar qəbul edilib. 35 min insan isə yardımlar hesabına sərhəddə həyatda qalmağa çalışır. Əgər Rusiyanın və Suriyadakı rejimin bombardımanı davam edərsə qaçanların sayı 600 mini ötə bilər. Bu isə Türkiyəni ən pis ssenarini də nəzərə alaraq hazırlıqlar apardığını, tədbirlər gördüyünü qeyd edib.

Prezident ABŞ-ın PYD-ni dəstəkləmək barədə bəyanatına da toxunub. O, Türkiyənin dostu,NATO-da mütəffiqinin belə açıqlamasının qəbul edilməz olduğunu deyib. "Bəs bu dünyada terrorla mübarizə var idi? Təssüf ki, PYD-ni PKK-dan ayrı görməyəcək qədər qapalı olan gözlər var".

R.T.Ərdoğan- Türkiyə prezidenti

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar