“Kredo Bank” verdiyi kreditlərin üçdən biri “batıb”

kredit“Kredo Bank” ASC 1 Yanvar 2016-cı il tarixinə maliyyə göstəricilərini açıqlayıb. Bankın 110 milyon 957,39 min manatlıq kredit portfelinin 31 milyon 239,4 min manatının və ya 28,15%-nin ödəmə vaxtı keçib.

Qeyd edək ki, “Kredo Bank” birləşmək üçün “NBC Bank” və “Para Bank” ilə niyyət protokolu imzalayıb.

Ötən ilin sonuna olan məlumata görə, Para Bankın kredit portfelinin strukturunda ödəmə vaxtı keçmiş kreditlərin həcmi ötən il 3,33 dəfə artaraq 31,135 mln. manata çatıb. Bu məbləğ 190,705 mln. manat kredit portfelinin 16,3%-nə bərabərdir.

NBC Bankın isə 123 milyon 673 min manatlıq kredit portfelinin 7,9 milyon manatının və ya 6,4%-nin ödəmə vaxtı keçib. (Marja)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar