Supermarketdə kreditə ərzaq

Reuters agentliyinin verdiyi xəbərə görə, Vladivostokda bir supermarket şəbəkəsi alıcılara kreditlə ərzaq təklif edir.

Səbəb iqtisadi böhran şəraitində alıcıların gəlirlərinin azalmasıdır.

Müştərilərə üç ay müddətinə 10 min rublluq (təxminən 125 dollar) mikroborc kartları verilir.

Ərzaq kreditləri proqramı orta təbəqəyə hesablanıb.

Bu proqramla təkcə qida məhsullarını yox, həm də spirtli içkilər almaq olar.

Kredit faizi ayda 3 -5 faizdir.

Supermarket şəbəkəsinin nümayəndələri bildiriblər ki, müştərilər ən çox viski, konyak və delikatesləri kreditlə alıblar.(azadliq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar