Dollar yenidən bahalaşdı- Rəsmi məzənnə

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 12-nə manatın məzənnəsini açıqlayıb.AMB-dən ANS PRESS-ə verilən məlumata görə, 12.02.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5745 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, fevralın 11-nə USD/AZN rəsmi məzənnəsi 1,5659 səviyyəsində olub. Onu da bildirək ki, manay son bir həftədir ki, dollara qarşı möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar