Yanukoviç dünyanın "baş korrupsioner"i seçildi

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç dünyanın baş korrupsioneri seçilib.Avropa.info xəbər verir ki, “Transparency International” təşkilatının saytında keçirilən onlayn sorğunun nəticəsi kimi o, bu ada layiq görülüb. “Korrupsionerin maskasını cır” kampaniyasında 13210 istifadəçi Yanukoviçə səs verib.

İkinci yerdə Braziliyanın neft hasilat şirkəti “Petrobras” (11900 səslə) gəlir. Üçüncülük Panama prezidenti Rikardo Martinelli (10166 səs) və tərəfdarlarına verilib.

Saytın ziyarətçiləri dünyada baş vermiş 15 korrupsiya qalmaqalını seçdikdən sonra “baş korrupsioner”i seçiblər. Siyahıda ayrı-ayrı məmurlar, şirkətlər, dövlətlər də olub. Seçim parametrləri kimi cəzasızlıq, külli miqdarda korrupsiya faktları və onun beynəlxalq təsiri götürülüb.

“Transparency International”ın saytında göstərilir ki, o, bir neçə milyard dollar qiyməti olan villada yaşayıb, dövlət idarələrindən bir neçə milyon dollar mənimsəyərək Rusiyaya qaçıb. Yanukoviçin devrilməsindən sonra qərargahında tapılmış baton çörəyinin qızıldan heykəli Ukraynada korrupsiyanın rəmzinə çevrilmişdi.

Yanukoviç dövlət əmlakını mənimsəmə ittihamı ilə Ukraynada axtarışa verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar