Cavid Cabbaroğlu tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb - FOTO

“APA Holding”ə daxil olan APA İnformasiya Agentliyinin baş direktor müavini Cavid Cabbaroğlu tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

APA-nın xəbərinə görə, bu gün Azərbaycan prezidenti yanında Ali Attestasiya Komissiyasının İcra Aparatının rəhbəri və baş elmi katibi professor Arif Quliyev fəlsəfə doktoru diplomunu Cavid Cabbaroğluna təqdim edib.

Qeyd edək ki, Cavid Cabbar oğlu İsmayıl 28 dekabr 1977-ci Bakı anadan olub. 1984-90-cı illərdə Xətai rayonundakı 269 saylı orta məktəbdə, 1990-1994-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin Yasamal rayonundakı A.İ.Hüseynzadə adına 20 saylı orta məktəbin bazasında təşkil etdiyi tarix liseyində təhsil alıb. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini 1998-ci ildə bakalavriat, 2001-ci ildə magistratura pilləsi üzrə bitirib. 2001-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun əyani aspiranturasında təhsil alıb. “Osmanlı tarixçisi Hüseynin “Bədayə-ül-vəqayə” əsəri Azərbaycan tarixinin mənbəyi kimi (XV-XVI əsrin birinci yarısı)” mövzusunda dissertasiya işini AME-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyevin rəhbərliyi ilə 2006-cı ildə tamamlayıb.

Cavid Cabbaroğlu Azərbaycan prezidenti yanında Ali Attestasiya Komissiyasının 18 mart 2011-ci il tarixli 102 saylı əmri ilə Bakı Dövlət Universiteti nəzdində tarix elmləri doktoru və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yaradılmış D.02.161 Dissertasiya Şurasının 12 may 2012-ci il tarixli iclasında dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib. Dissertasiya işi üzrə rəsmi opponentlər tarix elmləri doktoru, professor Nərgiz Axundova və tarix üzrə fəlsəfə doktoru Namiq Musalı olub. Ali Attestasiya Komissiyasının 19 iyul 2013-cü il tarixli qərarı ilə Cavid Cabbaroğlu tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar