"Problem Obamanın Putini tanımamağındadır"- Amerikalı senator

"Putin köhnə KQB polkovnikidir və məqsədi Sovet imperiyasını bərpa etməkdir”

Amerikalı senator John McCain Ukrayna hadisələrinin səbəbini Obamanın Putini tanımamağında görür: “Fundamental problem Obamanın Putini tanımamağındadır. Obama Putinin ambisiyalarını anlamır. O başa düşmür ki, Putin köhnə KQB polkovnikidir və məqsədi Sovet imperiyasını bərpa etməkdir”.

McCain nə təklif edir?

“Putini G8-dən çıxarıb atmaq lazımdır. G8-nin yerinə G7 olmalıdır.”

“Gürcüstan və Moldova üçün NATO-ya daxil olmağa yol tapılmalıdır və bu yol çevik olmalıdır”.

Ukrayna hadisələrinə görə Rusiya oliqarxlarının da başı ağırıya bilər. Bunu isə Fransanın xarici işlər naziri Laurent Fabius deyir. Onun sözlərinə görə, martın 6-da Avropa Birliyinin xüsusi sammiti Rusiyaya qarşı sanksiyaları səsə qoyacaq.

Nazirin dediyinə görə, sanskiyalar o cümlədən, bir sıra oliqarxların hesablarını hədəfə ala bilər.

Sanksiyaların digər hədəfləri vizalardır və hazlırda gedən iqtisadi danışıqlardır.

Ancaq Fabius hesab edir ki, sanskiayalar səs verməyə çıxarılmaya da bilər, əgər Rusiya vəziyyəti gərginləşdirməsə.

Fabius çıxış yolunu dialoqda görür. O deyir: “Biz dialoqa qayıtmalıyıq və nəzərdə tutmalıyıq ki, Ukrayna həm Rusiya, hıəm də Avropa Birliyi ilə birgə işləməlidir”

Fabius bunları Parisdə ABŞ Dövlət Katibi John Kerry ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukrayna üzrə danışıqları başlanmazdan əvvəl deyib.

Danışıqlar ərəfəsi Lavrov isə bildirib ki, Krımdakı yaraqlılara Rusiya əmr verə bilməz, çünki onlar özünümüdafiə qüvvələridir. “Biz onlara əmr vermirik, onlar bizdən əmr almır.”

Ukraynanın keçmiş baş naziri Timoshenko isə deyib ki, Krımdakı və başqa yerlərdəki vəziyyəti Rusiya ilə Ukrayna yox, bütün dünya müzakirə etməlidir. Çünki Ukraynada indi baş verənlər bütün dünyanı dəyişə bilər. (Azadlıq radiosu)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar