Ölkədə Aİ-98 markalı benzin ləğv olunur

"Aprel ayının 1-dən Aİ-98 markalı avtomobil benzininin Azərbaycana idxalı dayandırılacaq. Həmçinin, həmin tarixdən ölkəyə Aİ-95 markalı benzinin idxalına başlanılacaq".

"APA-Economics"ın məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, ölkə başçısının tapşırığı ilə Komitənin mütəxəssisləri və Azərbaycan Milli Elmlər Akademiyasının alimləri ölkədə yanacağın keyfiyyətinin yaxşılaşdırılması üzərində iş aparırlar.

Komitə sədri deyib ki, AMEA bununla bağlı tədbir planı hazırlayır: "Düşünürəm ki, bu, kimyəvi proseslər üsulu ilə mümkün olacaq. Bundan sonra Azərbaycan özü Aİ-95 markalı benzini əldə edə biləcək".

Bununla yanaşı R.Həsənov əlavə edib ki, bu, heç bir qiymət artımına səbəb olmayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar