30-dək tikinti şirkətinin fəaliyyətindəki nöqsanlar araşdırılır - SİYAHI

“Prezident Administrasiyasına daxil olan şikayətlərin bir çoxunda bəzi tikinti şirkətlərinin fəaliyyətindən, ləğv olunmuş idarə və müəssisələrin işçilərinin əməkhaqlarını ala bilməməsindən, bəzi şirkətlərin və dələduz şəxslərin vətəndaşları aldadaraq vəsaitlərini ələ keçirməsindən, ayrı-ayrı mənzil-tikinti kooperativlərinin tikinti aparılan ərazidə təhlükəsizliyi təmin etməməsindən, binaları müqavilədə göstərilən müddətdə başa çatdırmayaraq yarımçıq saxlamasından, sakinləri dövlət komissiyasının qəbul etmədiyi evlərdə məskunlaşdırmasından, pulu ödənilmiş mənzillərin ümumiyyətlə verilməməsindən və ya başqalarına satılmasından narazılıq bildirilir”.

“Report”un xəbərinə görə, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov “Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir”adlı təhlili məqaləsində bildirib.

S.İsmayılov qeyd edib ki, bu mövzuda kollektiv şikayətlər daha çox olub: “Bəzi şirkətlərlə bağlı cinayət işləri başlanaraq onların rəhbərləri həbs edilsə də, bu sahədə nöqsanlar hələ tam aradan qaldırılıb.

Vətəndaşlar “Yeni Yasamal”, “Badu-Kubə”, “Şərur”, “Əzizbəy-KM”, “Xəmsə”, “Birlik”, “AAF-İnşaat”, “İN Eksklüziv Servis”, “Safari-N”, “ANT-E”, “Meqa Siti Holdinq”, “Ulduz-S”, “İlin dörd fəsli”, “Fuad”, “Feba”, “Bərəkət-İnşaat”, “Araz T.İ.”, “Dərəçiçək”, “Turac AF”, “Olimp”, “Zirvə”, “Olimpus-Az”, “Cavad”, “Bulaq-2”, “Rahatlığın Məkanı”, “İ.N.V.”, “Folklor”, “Rahat”, “RT LTD”, “Azər ATF”, “Avanqard” kimi MTK, MMC və şirkətlərin fəaliyyətindən daha çox narazılıq bildiriblər. Bundan başqa, hüquq mühafizə orqanları tərəfindən “Həsən-96”, “Azər-Ross İK”, “Sahil-D”, “Şaiq”, “Ələsgəroğlu-K”, “Şahbulaq”, “Afşaran”, “Oskar”, “Şəfəq”, “Kosmos”, “Elita-R”, “Vedi-E”, “Kamran-B.Ə.”, “Qafqaz MTZ”, “Real”, “Sahil”, “RUH”, “196 saylı”, “200 saylı”, “Ayla”, “Hasil”, “Dağlar”, “RRR” MTK-lar, “Oskar-Qrup”, “Muray”, “Repair House” MMC-lər, “Günəş Holding” və digər şirkətlərin fəaliyyətində olan nöqsanlar araşdırılır. Şirkətlərin bəziləri sayğacların quraşdırılması üçün sakinlərdən pul yığaraq mənimsəyiblər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar