Vergilər naziri yeznəsinə yeni vəzifə verdi

Vergilər Nazirliyində aparılan kadr dəyişikliyi nəticəsində nazir Fazil Məmmədovun 13 müşavirinin sayı 7-yə endirilib.

Müşavirlikdən azad olunan şəxslər digər vəzifələrə təyinat alıblar. AzVision.az-ın əldə etdiyi məlumata görə, nazirin müşaviri vəzifəsindən azad olunan Namiq Quliyev Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavini təyin edilib. Bununla da müavinlərin sayı 3-ə çatıb.

Qeyd edək ki, Namiq Quliyev nazir Fazil Məmmədovun bacısının həyat yoldaşıdır. N.Quliyev müşavir təyin olunmamışdan öncə də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavini vəzifəsində çalışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar