"Müəllimlərin ixtisarı gözlənilmir" - Təhsil Nazirliyi

“Orta ixtisas təhsili müəssisələri optimallaşdırılıb. Bunun nəticəsində tələbələrin sayı azalmadığından müəllimlərin dərs yükü mövcud vəziyyətdə qalacaq. Qəbul olunmuş qərar müəllimlərin fəaliyyətinə mənfi təsir göstərməyəcək. Birləşdirilən kolleclərdə müəllimlərin ixtisarı gözlənilmir”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib. O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, eyni və ya oxşar ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən, eyni coğrafi ərazidə yerləşən orta ixtisas təhsili müəssisələri şəbəkəsi optimallaşdırılıb: “Qərara görə, 14 kollec müvafiq qayda üzrə biri digərinə birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar