"Bələdiyyələri torpaqsatan imicindən qurtarmaq istəyiriksə..."

"Əgər bələdiyyələri torpaqsatan imicindən qurtarmaq istəyiriksə, onlar ya əlavə səlahiyyət verməliyik, ya da bütövlükdə bələdiyyə institutunu ləğv etməliyik”.

Modern.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentin plenar iclasında müzakirələr zamanı deyib. Onun sözlərinə görə, nəhayət icra hakimiyyətləri bilməlidir ki, bələdiyyələrin işinə maneə yaratmaq olmaz:

“Əhalinin 4 milyonu gəlib Bakıda məskunlaşıb.

Qalanı da bölgələrdədir. Bu qədər əhalinin rayonda işləməsi üçün yerlər torpaq sahələridir. Çünki rayonlarda 1 milyona yaxın iş yeri potensialı var.

Ancaq vətəndaş əmin olmalıdır ki, rayona geriyə dönəndə onun ödədiyi pullar onun artezianına, yoluna qoyulacaq, bələdiyyə kreditlərinə çevriləcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar