“Bunların himayədarları kimlərdir?” - Deputat

“Şəhər nəqliyyatı təsərrüfatı dəyişdirilməlidir”. Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib. O qeyd edib ki, Bakıda avtobusları idarə edənlərin heç sürücülük vəsiqəsi olmur. Deputatın sözlərinə görə onlar bəzən sərxoş hallarda avtobusu sürür və qəzalara səbəb olurlar.

“Statistikada göstərir ki, bu qəzalarda ölənlərin sayı təbii ölümlərdən çox olur. Avtobuslar gətirilib çox gözəldir. Bəs avtobusların dayanması necədir? Elmlər Akademiyası yanında dayanacaqda 10 avtobus yolun sağında, 10 avtobus yolun solunda bir anda dayanırlar, tıxac yaradırlar və ya əks tərəfə çıxırlar. Bu imtiyazlar onlara kim tərəfindən verilir? Bunların himayədarları kimlərdir?”

Bəxtiyar Əliyev eyni zamanda paytaxtda hər addımda quraşdırılan parkomatlar barəsində də danışıb.

“Prezident bildirmişdi ki, maşınların dayanmasını çubuqla idarə edənlərin pulu bələdiyyələrə yönəldilsin. Bu gün maşınların saxlanılması üçün parkomatlar quraşdırılıb.Çox gözəl, amma bu parkomatlar harada gəldi qoyulub. Baxırsan dar birtərəfli yoldur, yolun həm sağı, həm solunda parkomat quraşdırılır və yol daralır.

Yolların genişləndirilməsi tıxacların qarşısının alınması üçün edilib.

Parkomatlara nəzarət edənlər kimdir? Başqa misal avtobus dayanacaqlarında parkomatlar quraşdırılıb, maşınlar, taksilər də dayanır. Bəs sərnişin harada minib düşsün?

Bu məsələlər ictimaiyyətdə narahatlıq doğurur və qayda-qanun yaradılmalıdır. Şəhər nəqliyyatı təsərrüfatı dəyişdirilməlidir”.

Milli Məclis üzvü qeyd edib ki, paytaxtda eyni istiqamətdə hərəkət edən qəşəng avtobuslarla yanaşı, işə yaramayan tüstüləyən avotbuscda işləyir.

“Şəhərin ortasına bu marşrutlara kim baxır? Biz gözəl qanunlar qəbul edirik. Amma bu qanunların icrasına nəzarət yoxdur. Təklif edirəm ki, Milli Məclisin qanunların icrasına nəzarət funksiyası səlahiyyəti bərpa edilsin”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar