Azərbaycanda oğurluqla məşğul olan qadınlar tutulub

Azərbaycanda bir sıra oğurluq əməllərinin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da Murad Abdullayevə məxsus qızıl boyunbağını oğurlamış Mingəçevir şəhər sakini Amaliya Amanova tutulub.

Bundan başqa İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də Mənsurə Fətullayevanın evindən 400 manat və qızıl əşyalar oğurlamış Bakı şəhər sakini Gülnaz Bayramova saxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar