"Putin Avropa üçün İŞİD-dən daha qorxuludur"- Soros

Amerika Birləşmiş Ştatları və Avropa Birliyi liderləri prezident Vladimir Putini İŞİD-lə mübarizədə potensial müttəfiqi saymaqla ağır səhvə yol verdi. Bunun amerikalı maliyyəçi Corc Soros Project Syndicate saytında dərc edilən məqaləsində qeyd edib.

Məqalədə deyilir: “Kremlin cari məqsədi Avropa Birliyinin dağıdılmasıdır və bunun ən yaxşı üsulu Avropanı qaçqın axınına qərq etməkdir. Rusiya təyyarələri Suriyada mülki əhalinin bombalayıb İordaniya və Livana qaçmağa məcbur edir. İordaniya səhrasındakı düşərgədə 20.000 suriyalı qaçqın var. Başqa bir dəstə Livana girmək istəyir. Hər iki dəstənin sayı artmaqdadır.

Rusiya Suriyanın şimalında dinc əhaliyə qarşı genişmiqyaslı hava hücumu başladıb. Dünya 2 milyon əhalisi olan Hələb şəhərinə qarşı Bəşər Əsədin ordusu tərəfindən əsas hücumu izlədi. Çəllək bombaları 70 000 mülki insanı Türkiyəyə qaçmağa məcbur etdi. Quru əməliyyatı ailələrin Türkiyəyə axınını dayandıra bilməz.

Almaniya kansleri Angela Merkel Avropaya qaçqın axınının qarşısını almaq üçün fevralın 9-da Ankaraya uçdu. O, Türkiyədən Yunanıstana gedən qaçqınlara mane olmaq və hər il Avropaya axışacaq 200 000-300 000 suriyalı qaçqını saxlamaq üçün Türkiyəyə maddi yardım təklif etdi.

Putin istedadlı taktik deyil, təfəkkürlü strateqdir.

Heç ağılkəsən deyil ki, o, Suriyaya əvvəlcə qaçqın böhranını gücləndirmək üçün girdi – əslində, Yaxın Şərqdə müharibəyə qarışmaq onun straterji səhvi idi, çünki Türkiyə ilə ağrılı münaqişəyə səbəb oldu. Lakin Avropa Birliyinin parçalanması imkanını görərkən, bundan istifadə etdi.

Putin Rusiyası və Avropa Birliyi zaman-zaman “Kim birinci dağılacaq?” yarışında iştirak edir. Rusiyanın bir çox beynəlxalq istiqrazlar üzrə müddətinin bitəcəyi 2017-ci ildə, ya da daha tez – rusyalılar hökumətin cəmiyyət qarşısında öz öhdəliklərini daha yerinə yetirə bilmədiyini dərk edəndə və yaxud onların həyat səviyyəsi böhranlı minimuma enəndə Putin rejimini müflisləşmə gözləyir.

Rusiyada rejimin kollapsından yayınmağın ən düzgün üsulu Avropa Birliyinin daha tez dağılmasına nail olmaqdır.

O zaman sanksiyalar götürüləcək, Putin isə vahid Avropaya qarşı köklənmiş siyasətçilərlə əlaqələrindən və biznesdən istifadə edə bilər.

Hələlik hər şey ona doğru gedir ki, Avropa həqiqətən dağılır. AB problemlərin öhdəsindən gələ bilər və keçmişdə bunu sübut edib, lakin hazırda o, beş və ya altı böhranla məşğuldur və bu onun üçün hədsiz dərəcədə çox ola bilər.

Almaniya kansleri Angela Merkelin də öncədən gördüyü kimi, qaçqın böhranı potensialca Avropanı dağıtmağa qabildir.

İŞİD Avropa şəhərlərinə zərbələr endirməklə dəqiq şəkildə Qərb sivilizasiyasının Axilles dabanına düşdü. Bununla belə Putin Avropa üçün terrorçulardan daha qorxuludur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar