"İki ayda Cizrədə 619 PKK terrorçusu öldürülüb" - TSK

Türkiyənin Şırnaq vilayətinin Cizrə rayonunda iki ay davam edən hərbi əməliyyatlar nəticəsində 619 PKK terrorçusu məhv edilib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda bildirilir ki, təkcə dünən 16 terrorçu öldürülüb, baxış keçirilən 8 binadan 24 PKK-çının meyiti tapılıb: “Hazırda Silahlı Qüvvələr rayona tam nəzarəti bərpa edib. İndiyədək terrorçulara aid xeyli silah-sursat ələ keçirilib. Rayonda əməliyyat-axtarış və təmizlənmə tədbirləri davam edir”.

Qeyd edək ki, rayonda iki ay əvvəl hərbi əməliyyatlara başlanılıb, ötən il dekabrın 14-də komendant saatı elan olunub. Hərbi əməliyyatlar fevralın 11-də başa çatsa da, komendant saatının hələ bir müddət davam edəcəyi açıqlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar