Münhen Təhlükəsizlik konfransı başlayıb

Almaniyada 52-ci Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayıb.

APA-nın xəbərinə görə, qaçqın böhranı və terrorizmlə mübarizə builki konfransın əsas mövzuları olacaq.

Konfransın açılışında çıxış edən sədr Volfqanq İşinger müasir münaqişələrin dövlət sərhədlərini aşdığını qeyd edib: “Nümunə olaraq Suriyadakı müharibəni götürək. O, regional müharibə olmaqdan çıxıb. Məhz Suriya müharibəsi II Dünya müharibəsindən indiyədək olan ən böyük qaçqın böhranına səbəb olub”.

V. İşingerin sözlərinə görə, qaçqın böhranı fonunda bəzi dövlətlərdə artmaqda olan millətçilik meylləri narahatlıq doğurur və bundan yeganə çıxış yolu qlobal əməkdaşlıq və həmrəylikdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar