PUTİNİN SUPERTANKLARI SURİYADA – Müharibənin gedişi dəyişir

Hələb uğrunda döyüşlərdə Suriya rejimi müqavimət qüvvələrinin raket zərbələrindən qoruna biləcək Rusiya istehsalı olan tanklardan istifadə edir. “The Times”-məlumatına görə, 2015-ci ilin ilin sonunda Moskva Suriyaya “Vladimir” adlandırılan müasir “T-90” tankları yollayıb. Suriya hökumət qoşunları Latakiya və Tartus viayətlərindəki poliqonlarda təlim keçdikdən sonra həmin tank ekipajları Hələbdəki cəbhə xəttinə göndəriliblər. Keçən həftə yeni tanklar Əsəd rejiminin hücuma başlayan qoşunlarına dəstək verərək, Hələb şəhərinin şimal hissəsi yaxınlığındakı yaşayış məntəqələri istiqamətində döyüşə girişiblər. Rejim ordusu müqavimət qüvvələrinin əsas təchizat istiqamətini - Türkiyə ilə sərhəd yolunu kəsiblər. Beləliklə də Hələb şəhərinin müxalifətin nəzarətindəki şərq rayonlarının blokadaya düşmək təhlükəsi yaranıb.

”T-90”tankları yaxınlaşan tank əleyhinə raketlərin haradan uçduğunu müəyyənləşdirdikdən sonra onları infraqırmızı şüaların köməyi ilə yollarından sapdıra bilmək özəlliyinə malikdirlər. Beləliklə, keçən il Səudiyyə Ərəbistanı və ABŞ-ın mötədil müqavimət qüvvələrinə yolladıqları tank əleyhinə raketlər indi faydasız olub.

Rusiya tankı, həmçinin zireh qatı ilə müdafiə təchizatına malikdir və bu səbəbdən də atılan raketin ona dəyməsi nəticəsində partlayış yalnız korpusun bayır tərəfində baş verir. Bu cür dinamik müdafiə, Suriyadakı döyüş meydanında da istifadə olunur. ”T-90” qabaqcıl texnika olduğundan, onu vurmaq üçün iki döyüş hissəsindən ibarət daha böyük raketə ehtiyac duyulur.

Digər tərəfdən, müxalifətçilərin sözlərinə görə, Suriyada naməlum avadanlıqlar da peyda olub. Bunların raketlərdən qorunmaq üçün daha bir sistem olması istisna deyil.

Müxalifət komandirlərindən biri deyir ki, onun dəstəsinə qarşı şimali Hələb yaxınlığında hücumda Rusiya istehsalı olan səksəndən artıq tank iştirak edirdi.

Rusiyanın Əsədə göstərdiyi kömək müharibənin gedişini dəyişdirib və bu gün müqavimət qüvvələrinin vəziyyəti 2012-ci ildən indiyədək ən kövrək hala düşüb

2015-ci ilin əvvəlində Suriyanın şimal-qərb bölgəsində “Əl-Qaidə” və “Ən Nusra cəbhəsi”nə daxil olan müqavimət qüvvələri bir neçə qələbə əldə edərək, Rusiyanın Tartusda yerləşən hərbi-dəniz bazasına yaxınlaşmışdılar. Lakin sentyabr ayının axırında Rusiya aviasiyası müxalifəti bombalamağa başladı və silahlı üsyanın mərkəzi olan Hələb vilayətindəki müqavimət qüvvələrini bu gün tam məhvolma təhlükəsi gözləyir.

Hazırda on minlərlə dinc sakin Hələbi tərk edib. Əksəriyyət isə soyuq havada və anti-sanitariya şəraitində küçələrdə yatır. Son zamanlar bir neçə xəstəxana və səhra klinikaları avia zərbələrə tuş gəlib.

“Sərhədsiz həkimlər” təşkilatı bildirib ki, bu il ərzində 13 tibbi obyektə zərbə endirilib. Həmin təşkilatın Suriyadakı missiyasının rəhbəri Muskilda Zankada deyib: ”Biz Hələbin cənubunda baş verənlərdən çox narahatıq. Tibbi personal öz həyatlarını xilas etmək naminə qaçmağa məcbur olub. Xəstəxanalar ya tamamilə bağlanıb, ya da ki, yalnız məhdud şəkildə təxirəsalınmaz yardımlar göstərirlər”.

Bu həftə Suriyanın cənubundakı avia hücumlar nəticəsində, ”Sərhədsiz həkimlər” təşkilatının səhra hospitalı dağıdılıb. Nəticədə üç nəfər ölüb, altı nəfər isə yaralanıb.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar