Yunanıstanla sərhədlər bağlana bilər

Avropa Birliyi Yunanıstan hökumətindən 3 ay ərzində sərhəd nəzarətindəki pozuntuların aradan qaldırılmasını tələb edib.

Əks halda digər Şengen ölkələri Yunanıstanla sərhədləri 2 illik bağlayacaq.

Bu barədə BBC məlumat verib.

Avropa Komissiyasının ilkin hesabatında Yunanıstanın Şengen zonasının xarici sərhədlərinə nəzarətlə bağlı öhtəlikləri ciddi şəkildə pozduğu bildirilir.

Məlumata görə artıq bir sıra ölkələr sərhəd nəzarətində müvəqqəti tədbirlər görüblər.

Ötən il Yunanıstana 850 mindən çox qaçqın gəlib.

Təkcə bu ilin əvvəllərindən isə Türkiyədən bu ölkəyə 80 minə yaxın miqrant keçib.

Yunanıstan Avropa Birliyi ölkələrinə üz tutan qaçqınlar üçün tranzit ölkə sayılır.

Almaniya və digər birlik ölkələri Yunanıstanın qaçqın axınının qarşısını ala bilməməsindən narahatdırlar.

Qaçqınların əksəriyyəti Suriya, İraq və Əfqanıstandandır.  /Azadlıq radiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar