Əli Abbasov "həbs olunanlar"dan danışdı - "Bunun üçün məhkəmə olmalıdır"

eli_abbasovSabiq nazir yayılan məlumatlara münasibət bildirdi.

Bir sıra internet informasiya resurslarında sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Goradildəki bağ evindən oğurluq edildiyi barədə məlumatlar yayılıb.

Məlumata görə, nazirin evindən nə az, nə çox, 1 milyon manat pul oğurlanıb. Oğrular həyətdəki öyrədilmiş itin də zərərsizləşdirilməsi üçün plan cızıb. Yəni bir müddət hasardan itə yem verərək özlərinə öyrəşdiriblər. Bundan sonra həyətə girib niyyətlərini gerçəkləşdiriblər.

Yayılan məlumatlarda hadisə ilə bağlı araşdırmanın Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən aparıldığı və oğruların saxlanıldığı bildirilib. Həmin vaxt Əli Abbasov oğrulara pulun bir qismini qaytarmaq şərtilə azadlığa buraxılmalarına şərait yaradacağını təklif edib. Amma oğrular bu təklifdən imtina ediblər və hazırda da cəzaçəkmə müəssisələrindədirlər.

Anspress Əli Abbasov ilə əlaqə saxlamağa müvəffəq olub. Nazir onun barəsində yazılan məlumatlara belə münasibət bildirdi.

"Mən də xəbərləri oxumuşam.Yazıblar ki, guya oğurluq edən şəxslər artıq həbs olunublar. Axı həbs birdən olmur. Bunun üçün məhkəmə olmalıdır. Bu hadisə nə vaxt baş verdi ki, məhkəmə də oldu. Həbs olunanlar kimdir? Adları belə yoxdur. Həm də yazırlar ki, bu işə MTN baxır. MTN-lə oğurluğun nə əlaqəsi? Guya bağımdakı iti də zərərsizləşdiriblər. Yazılanlar həqiqətə uyğun deyil", - deyə sabiq nazir qeyd etdi.

Əli Abbasov onu da əlavə etdi ki, onun, həqiqətən də 1998-ci ildən Goradildə bağ evi var. Amma oradan heç nə oğurlanmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar