Gürcüstanda dünya brendi olan 13 otel olacaq

2017-ci ilin sonuna qədər Gürcüstanda müasir standartlara uyğun 13 otelin inşası başa çatdırılacaq. Fins.az xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Turizm Administrasiyanın rəhbəri Georgi Çoqovadze məlumat verib.

Onun sözlərinə görə, otellərdən 7-si paytaxt Tbilisidə tikilir. Bunlar Hilton Garden Inn, Park Inn by Radisson, Millenium Hotel, Rixos, Hyatt Regency, Moxy Mariott и Intercontinental otelləridir.

Eyni zamanda kurort şəhəri olan Batumidə (Acarıstanın mərkəzində) 4 otelin - Crown Plaza, Babylon tower, Cube tower и Princess hotelin inşası həyata keçirilir.

Bundan başqa, Sinandali şəhərində (kaxetiya regionuna daxildir) Radisson Blu Resort və Kutaisi şəhərində (İmereti regionuna daxildir) Best Western otellərinin tikintisi davam edir.

Xatırladaq ki, 2015-ci ildə Gürcüstan paytaxtında 11, Batumidə 4, Acarıstanın Çakvi bölgəsində (Samsxe-Çavaxetiyadakı Vardziya mağaralaq kompleksinə və Borjimi şəhərinə yaxın) 1 yeni otel istifadəyə verilib. Ötən il bu ölkədə 1500 yerləşdirmə obyekti qeydə alınıb ki, bu da 51 mindən çox yataq yeri deməkdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar