RƏSUL QULİYEV TƏRƏFDARLARINA “GƏLİRƏM” DEYİR – ACP liderindən sensasiyalı vədlər

BMT Azərbaycandakı prezident seçkilərinə dair qətnamə qəbul edir?

Açıq Cəmiyyət Partiyasının lideri, ABŞ-da siyasi mühacirətdə olan Rəsul Quliyev tərəfdarlarına sensasiyalı vədlər verib. Eks-spikerin tərəfdarlarından birinin AzPolitika.info-ya verdiyi məlumata görə, o, qətiyyətlə bəyan edib ki, prezident seçkiləri gününə qədər Azərbaycana dönəcək. ACP lideri deyib ki, yaxın günlərdə BMT-nin Azərbaycandakı prezident seçkilərinə dair qətnaməsi olacaq. Bu qətnamə qəbul olunduqdan dərhal sonra isə, o, həmin sənədə istinad edərək Bakıya dönəcək.

Rəsul Quliyev həmçinin əminliklə deyib ki, onun Bakıya dönməsi prezident seçkilərinin baş tutmamasına, təxirə salınmasına səbəb olacaq. Bir neçə ay sonra keçiriləcək seçkilərdə isə Rəsul Quliyev prezidentliyə namizəd olacaq.

Qeyd edək ki, yaxın vaxtlarda BMT-nin Azərbaycandakı prezident seçkilərinə dair hər hansı sənəd qəbul edəcəyi haqda heç bir məlumat yoxdur. R.Quliyevin nəyə əsaslanaraq tərəfdarlarına belə vəd verdiyi qaranlıqdır.

Rasim ƏLİYEV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar