Lənkəran-Lerik yolunda sürüşmə aktivləşib

İntensiv yağıntı - qar və yağış səbəbindən Lənkəran-Lerik yolunda sürüşmə aktivləşib. "Report"un xəbərinə görə, hazırda ən gərgin vəziyyət yolun 27-ci km-də yolun asfalt qatının sürüşməsi ilə müşayiət olunur. Aktivlik yolun 17-29, 46-53-cü km-ləri arasında da müşahidə edilir.

Lerik rayonu üçün mühüm əhəmiyyətə malik yolda sürüşmənin aktivləşməsi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün də çətinliklər yaradır. 25 saylı Lerik yol istismar idarəsinin baş mühəndisi Ziyafət İsmayılovun bildirdiyinə görə sürüşmənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür, su kanalları təmizlənir, su axarları yol yatağından kənarlaşdırılır: "Lakin yolda genişlənmə işləri görülməlidir, bərkitmə işləri və istinad divarları tikilməlidir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar