​Türkiyənin baş naziri evlilik proqramlarını tənqid edib

Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyənin Radio və Televiziya Ali Şurasına (RTÜK) evlilik proqramlarından şikayət edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, şuranın rəhbəri İlhan Yerlikayanın rəhbərliyi altında qurumun üzvlərini qəbul edən baş nazir evlilik proqramlarının Türkiyənin ailə mədəniyyətinə uyğun olmadığını bildirib.

Çankaya sarayında baş tutan görüş bir saat çəkib.

“Bu cür proqramlarda baş verənlərə evlilik demək olmaz. Veriliş ailə mədəniyyətimizə zərər vurur. Ailə bağlı pərdələrin arxasından edilən bazarlıqlarla qurula bilinməz. Bunlar Türkiyənin ailə mədəniyyətinə uyğun olmayan hərəkətlərdir" - baş nazir bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar