"Gündəlik neft ixracatını 1,5 milyon barelə çatdıracağıq"

İran bu ilin mart ayında sutkada 1,5 milyon barel neft ixrac edəcək.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İran prezidentinin müavini İshaq Cahangiri bildirib.

"Hazırda biz gündə 1,3 milyon barel neft ixrac edirik. Ancaq martda bu rəqəm 1,5 milyon barel olacaq", - o, vurğulayıb.

İshaq Cahangiri onu da qeyd edib ki, cari ilin martından sonra gündəlik karbohidrogen ixracatını 2 milyon barelə çatdıracaqlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar