“Türkiyə YPG-yə qarşı hərbi əməliyyat keçirə bilər” - Davudoğlu

davudogluTürkiyə Silahlı Qüvvələri, lazım gələrsə, YPG-yə qarşı hərbi əməliyyat keçirə bilər. APA-nın “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

“Biz, lazım gələrsə, İraq və Qəndildə atdığımız addımları Suriyada da təkrarlaya bilər”, deyə Davudoğlu Türkiyə Hərbi-Hava Qüvvələrinin ötən il PKK silahlılarının İraqın şimalındakı mövqelərinə qarşı keçirdiyi əməliyyatı nəzərdə tutaraq bildirib.

Qeyd edək ki, YPG PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin hərbi birləşməsidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar