"Rusiya miqrant böhranını daha da alovlandırmaq istəyir"

Rusiya Suriyada mülki şəxsləri vurmaqla miqrant böhranını daha da dərinləşdirmək və bununla Türkiyə və Avropanı cəzalandırmaq istəyir. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın “Deyli Sabah” qəzeti üçün qələmə aldığı məqalədə qeyd edib.

“Müharibə, siyasət və Suriya tragediyası” adlanan məqalədə Suriya böhranının həlli yolları və Rusiyanın bu ölkədə hərbi əməliyyatları artırmasından bəhs edilir: “Almaniyanın Münhen şəhərində fevralın 11-də Suriyada hücumların dayandırılması ilə bağlı əldə edilən razılıq heç bir əhəmiyyət kəsb etməyəcək. Rusiya Suriyada həyata keçirdiyi əməliyyatların üstünü ört-basdır etməyə çalışır. Rusiya həmçinin bu hücumlarla nəzərləri Ukrayna üzərindən yayındırmağa çalışır. Moskva eyni zamanda mülki şəxsləri hədəf alaraq miqrant böhranını daha da alovlandırmaq və bununla Türkiyə və Avropanı cəzalandırmaq istəyir. Vladimir Putin strateji mövqeyi haqda həmçinin ABŞ və Qərbə də mesaj göndərir. O, Qərbin bir sıra boşluqlarından istifadə etməyi bacarır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar