"Suriya daha da parçalanacaq"

Almaniyanın Münhen şəhərində Suriyada atışmaların və mühasirələrin dayandırılması ilə bağlı əldə edilən razılaşmanın tətbiq edilməsi çox çətindir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Suriyadakı keçmiş səfiri Robert Ford deyib.

“Razılaşmada nəzərdə tutulan maddələrin Suriyada tətbiq edilməsi çox çətindir. Çünki Əsəd terrorçularla mübarizəni dayandırmayacağını deyir. Ruslar da Hələbi bombalamağa davam edəcəklərini söyləyirlər. Eyni zamandan Nüsrə Cəbhəsi və İŞİD də döyüşləri dayandırmayacaq. Suriya getdikcə daha da parçalanacaq. Şimalda kürdlər, cənub-şərqdə İŞİD, qərbdə Əsəd hökuməti və bəzi bölgələr də müxaliflər olacaq", - Ford vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar