Səudiyyə Ərəbistanı Bəşər Əsədi güc vasitəsilə devirməyə hazırdır

Suriyadakı böhranın siyasi nizamlanması nəticə verməyəcəyi təqdirdə, Bəşər Əsəd güc vasitəsilə devrilə bilər. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Səudiyyə Ərəbistanının XİN rəhbəri Adel əl Cubeyr CNN telekanalına müsahibəsində bildirib.

“Mən hesab edirəm ki, Bəşər Əsəd zəifləyib və onun dövrü artıq başa çatıb”, deyə nazir bildirib. Onun sözlərinə görə, Əsədə hətta öz qoşunları belə kömək edə bilmədikdə, o, İran və İraqdan yardım istədi, lakin bu da ona ərazilərə nəzarəti bərpa etməyə kömək etmədi.

“Bundan sonra Əsəd Moskvaya müraciət etdi, lakin Rusiya da onu xilas edə bilməyəcək. Öz ölkəsinin dağıdılmasına görə məsuliyyət daşıyan insanın bu ölkədə artıq heç bir gələcəyi ola bilməz”, deyə Adel əl Cubeyr qeyd edib.

“Bəşər Əsəd gedəcək, mənim bunda heç bir şübhəm yoxdur. O, ya siyasi proses zamanı, yaxud da güc vasitəsilə devriləcək. Suriya xalqı onu hökmdar kimi qəbul etməyəcək”, deyə əl Cubeyr qeyd edib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı quru əməliyyat keçirmək üçün Suriyaya qoşun göndərməyə hazırdır: “Lakin, Səudiyyə Ərəbistanı bunu ABŞ-ın rəhbərlik etdiyi bunu koalisiya tərkibində edə bilər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar