Serbiya lideri Rusiyaya gedir

Serbiya Prezidenti Tomislav Nikoliç martın 9-da Rusiyaya səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Serbiyanın Rusiyadakı səfiri Slavenko Terziç məlumat verib.

Onun sözlərinə görə, səfər çərçivəsində ikitərəfli əlaqələr, Serbiya-Avrasiya İqtisadi Birliyi ilə ticarət sazişi müzakirə olunacaq:

“İqtisadi əlaqələrimizin daha yüksək səviyyəyə çatdırılmasını istəyirik. Bu baxımdan Avrasiya İqtisadi Birliyinin üzv ölkələri ilə artıq bir sıra razılaşmalar əldə olunub. Biz Rusiyaya Serbiyanın kənd təsərrüfatı məhsullarının ixracını artırmağı planlaşdırırıq. Eyni zamanda, Serbiya iqtisadiyyatına yatırılacaq investisiyalarda artım gözləyirik”.

Səfər çərçivəsində Tomislav Nikoliç rusiyalı həmkarı Vladimir Putin və Rus Pravoslav Kilsəsinin rəhbəri, Moskva və bütün Rusiyanın patriarxı Kirill ilə görüşü nəzərdə tutulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar