Mərkəzi Bank valyuta bazarında tarazlığın yarandığını bəyan edir

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin valyuta bazarında tarazlığın yarandığını qeyd edir.

“AMB tərəfindən keçirilən son valyuta satışı hərraclarında tələbin təklifdən az olması, eləcə də manatın xarici valyutalara nəzərən məzənnəsinin bir qədər möhkəmlənməsi valyuta bazarında tarazlığın yaranması üzrə ilkin nəticələr kimi qiymətləndirilə bilər”, - deyə AMB-nin məlumatında deyilir.

AMB həmçinin bildirir ki, elan edilən yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsinin tətbiqi və bununla valyuta bazarında vəziyyətin stabilləşməsinə nail olmaq istiqamətində zəruri tədbirlər görülür. Bankda hesab edirlər ki, tətbiq olunan məzənnə rejimi pul-valyuta bazarının inkişafı və iqtisadi subyektlər tərəfindən risk idarəetməsinin inkişafı ilə müşayiət olunmaqdadır.

“Valyuta bazarında vəziyyətin stabilləşməsi, banklar tərəfindən milli valyuta ilə depozitlərə görə daha cəlbedici faizlərin təklif olunması, eləcə də dövlət tərəfindən milli valyutada olan istiqrazların xarici valyutada istiqrazlarla müqayisədə daha yüksək gəlirliklə yerləşdirilməsi milli valyutanın yığım vasitəsi kimi daha geniş istifadəsinə müsbət təsir göstərir”, - deyə məlumatda vurğulanır.

Xəbər verildiyi kimi, AMB 21 dekabr 2015-ci il tarixindən etibarən üzən məzənnəyə keçib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar