Qətlə yetirilən uşağın anası: “Atası oğlumun başını meşədə kəsib” - TƏFƏRRÜAT

Beyləqanda atasının qətlə yetirdiyi 6 yaşlı Ümid İsgəndərovun anası Mahirə Abışova Zahid İsgəndərovla 8 il əvvəl ailə qurub.

Bu barədə APA-nın Qarabağ müxbirinə M. Abışova özü məlumat verib. O, evləndiyi ilk gündən əri tərəfindən döyüldüyünü, fiziki zorakılığa məruz qaldığını deyib: “İki ay əvvəl atamın evinə gəldik. Burda onunla yenə dalaşdıq. O, içki içirdi, tüfeyli həyat sürürdü. Bu səbəbdən onunla qayıtmadım. Sonra gəldi, uşaqların ikisini də oğurladı. 3 yaşlı kiçik oğlumu saxlaya bilmədiyi üçün geri qaytardı. Amma Ümidi vermədi”.

M. Abışovanın sözlərinə görə, əri ona sonuncu dəfə dünən saat 18.00 radələrində zəng edib: “Hər dəfə zəng edəndə söyürdü deyə onunla danışmırdım. Dünən də zəng vurdu. Bilirdi ki, Ümidin səsini eşidəndə danışacağam. Amma qoymadı danışmağa. Ümid “alo” deyən kimi, telefonu əlində aldı, məni söydü. Mən də telefonu söndürdüm”.

Ananın dediyinə görə, Z. İsgəndərov oğlunu meşəyə apararaq, orada başını kəsib. Daha sonra törətdiyi cinayəti həmkəndlilərinə xəbər, verərək qaçıb. Qadına bu barədə xəbəri polislər verib. Gecə Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları ailənin təhlükəsizliyini təmin etmək məqsədilə evlərinin ətrafında keşik çəkiblər.

Z. İsgəndərov Beyləqan rayon polisi tərəfindən yaxalanıb. Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş. M. Abışova Z. İsgəndərovun ikinci həyat yoldaşıdır. Onun əvvəlki arvadından da 2 övladı olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar