BATAN BAZARLARIN TƏHLÜKƏSİ – Neft ölkələrini nə gözləyir?

İnkişaf etməkdə olan ölkələrin iqtisadi sisteminin böyümə perspektivini öyrənməyin vaxtı gəlib çatıb. 21-ci əsrin əvvəlindən başlayaraq, həmin ölkələrin əksəriyyətinin sürətli iqtisadi böyüməsi, xammal məhsullarının satış bumu və onlara həddən artıq kredit vasitələrinin verilməsi ilə qidalanıb. Lakin inkişaf etməkdə olan bazarlardakı böyümə, kifayət qədər struktur islahatları ilə müşayiət edilmədiyi üçün, bu baş verənlər sabit proses olmayıb.

Artıq bu gün inkişaf etməkdə olan iqtisadiyyatların əksəriyyətindən uğur üz döndərib. Rusiya və Braziliya, iki rəqəmli inflyasiya və Ümumi Daxili Məhsulun 4% azalması ilə ciddi böhran içərisinə qərq olublar.

Cənubi Afrika Respublikasının iqtisadiyyatı çox çətinliklə böyüyüb. Çin iqtisadiyyatının fenomenal inkişaf tempi ləngiyərək, 7%-in altnda qalıb. Belə bir şəraitdə “Goldman Sachs” zərərə uğradığına görə, özünün Braziliya, Rusiya, Hindistan və Çinə investisiya qoyuluşu ilə əlaqədar yaratdığı “BRİC” (Brazil, Russia, İndia, China) fondunu bağlayıb. Həqiqətən də BRİCS (Cənubi Afrika Respublikası da daxil olduqda) ölkələri ilə yanaşı, inkişaf etməkdə olan digər ölkələrin iqtisadi sistemləri çox qaranlıq görünür.

İnkişaf etməkdə olan əksər ölkələr - xammal məhsulları ixrac edən ölkələrdir və onlar bu məhsulların qiymətlərindən çox asılıdırlar. Neftin qiymətinin kəskin enişi Rusiya rublunun dollara qarşı qiymətini ucuzlaşdırdı. Əgər ABŞ Federal Ehtiyatlar Sistemi faiz dərəcələrini qaldırarsa, onda böyük ehtimalla, rubl bir qədər də düşəcək.

Xammal resurslarının qiymətləri çox güman ki, 1980-cı və 1990-cı illərdə olduğu kimi, bir və ya iki onillik ərzində aşağı səviyyədə qalacaq. Təbii resurslarla əlaqədar yaranmış kritik vəziyyət, öz gəlirlərini əsasən dollarla hesablayan ölkələr üçün xeyli ağırlı olacaq. Valyuta mübadilə məzənnələri aşağ düşüdükcə insanlar özlərini daha çox yoxsul hiss edəcəklər.

Bundan hökumət də ziyan çəkir, belə ki, maliyyə və pul zərbələrindən onların xarici borc yükləri daha çox çəkilməz olmağa başlayır. Eyni zamanda isə ixrac məhsullarından gələn gəlirlər azalır. Həmin ölkələr valyuta ödəmələri təzyiqi altında qaldıqları üçün, onların çoxsaylı borc böhranları da artacaq.

Əgər, böyük dövlət borcu və iri həcmli büdcə kəsiri nəzərə alınarsa, onda Braziliya iqtisadiyyatı yaxın perspektiv üçün daha çox narahatçılıq doğurur. Orta müddətli perspektiv üçün isə Çin iqtisadiyyatı daha qorxulu görünür. Praktik təcrübə göstərir ki, inkişaf etməkdə olan iqtisadiyyatların dövlət və özəl sektorlarının məcmui borcları Ümumi Daxili Məhsulun 100%-ni aşmamalıdır. Lakin Çinin ümumi borcu bu gün onun ÜDM-nin 250%-ni ötüb keçir.

BRİCS ölkələrinin kritik vəziyyətdə olmalarının səbəbi idarəetmənin effektiv olmaması ilə əlaqədardır. “Transparency İnternational” beynəlxalq təşkilatının korrupsiya indeksinə görə, 175 ölkə arasında CAR 61-ci, Braziliya və Hindistan 76-cı, Çin 83-cü, Rusiya isə 115-ci yeri tutur.

İdaretmənin effektsizliyi ölkələrə uzunmüddətli rifah yaratmaq və istehsal gücünü artırmağa imkan vermir. Korrupsiyaya qarşı effektiv mübarizə aparmaq üçün, insanlar korrupsiyalaşmış liderləri qovmalıdırlar və ona görə də, demokratiya həyati vacib məsələdir. İnkişaf etməkdə olan ölkələr, böyüməni stimullaşdıran struktur islahatları aparacaqları təqdirdə yenidən yüksələ bilərlər. Lakin bu xeyli vaxt aparacaq. Biz qlobal iqtisadiyyatın ləng böyüməsi üçün iki onilliyin lazım olacağına təəccüblənməməliyik.

Qərb özündənrazı kimi qala bilməz. Keçmışdə bazardakı tələbin tənzimlənməsinə hədsiz çox diqqət ayıran Avropa, dövlətin üzərindəki maliyyə tənzimləyicisi yükünü götürməlidir ki, iqtisadiyyat yenidən böyüyə bilsin. Qərb qlobal standartları müəyyənləşdirmək üçün digər ölkələrlə əməkdaşlıq etməli və demokratiya, qanunun aliliyi və iqtisadi sistemin bazar prinsipləri əsasında inkişaf etməsi uğrunda mübarizə aparılmalıdır.

Rusiyanın Ukraynadakı təcavüzü, Şimali Afrikada və Yaxın Şərqdəki müharibələr, nə üçün NATO-nun möhkəmləndirilməsinin vacibliyini və Avropanın Amerikadan asılı olmaq əvəzinə, öz təhlükəsizliyinə ciddi yanaşmasını göstərir. Rusiyaya qarşı Qərbin sanksiyalarının “Böyük yeddilik” ölkələri tərəfindən koordinasiya edilməsi və bu sanksiyaların uzadılması məsələsində mühüm addım atılıb.

Bundan sonra Qərb ölkələri tərəfindən idarə olunan instusional mexanizmlər və təşkilatlar daha mühüm yer tutacaqlar. Çünki beynəlxalq təşkilatlar var gücləri ilə öz hüquqi imkanlarını saxlamağa cəhd göstərəcəklər.

Təhlükəsizlik Şurasında Rusiya və Çinin veto hüququndan istifadə etməsi, Birləşmiş Millətlər Təşkilatını iflic edə bilər. Yalnız Beynəlxalq Valyuta Fondunun nüfuzunun artmasını gözləmək olardı. Amma digər tərəfdən isə çox güman ki, inkişaf etməkdə olan başlıca iqtisadi sistemlər - Venesuela, Argentina, Braziliya bu təşkilatın himayəsindən çıxacaqlar.

Ciddi problemlər yaşayan Çin və Rusiya iqtisadiyatı haqqında danışmasaq olmaz. Bu iki inkişaf etməkdə olan ölkə, bəlkə də tarixdə ən avtoritar və korrupsiyalamış hökumət və elitaya malikdir. Böhranın təzyiqi altına düşdüklərinə görə, onların transformasiya olunmaları çətin ki, sakit və sülh yolu ilə gedəcək.

Kreml, artıq Ukrayna və Suriyadakı müharibələri ilə göstərib ki, bu dövlət özünün daxili problemlərini xarici təcavüz yolu ilə həll edəcək. Əgər bunun öhdəsindən gəlinməyəcəksə, onda belə vəziyyətin dəyişəcəyi çətin ki, baş tutsun. İnkişaf etməkdə olan ölkərərin iqtisadiyyatlarının məhv olmasının ətrafa təsiri, özünü onların böyüməsi ilə müqayisədə daha çox göstərəcək.

(Project Syndicate)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar