İran neft hasilatını dondurmaq təşəbbüsünü dəstəkləyir - Yenilənib

İran neftin qiyməti ilə bağlı vəziyyəti yaxşılaşdıracaq istənilən təşəbbüsü dəstəkləyəcək.

Trend-in SHANA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın neft naziri Bijan Namdar Zəngənə deyib.

O, Venesuela, İraq və Qətərin neft və energetika nazirləri ilə istehsalçı ölkələr tərəfindən neft hasilatının dondurulması ilə bağlı danışıqların yekunu üzrə bildirib ki, İran neftin qiymətinin artırılmasına və xam neft bazarında vəziyyətin yaxşılaşmasına istiqamətlənmiş istənilən addımı dəstəkləyəcək.

RİA Novosti-nin məlumatına görə, İran nazirinin bu çıxışından sonra neftin qiymətlərinin artımı 2-3 faizdən 5-6 faizədək sürətlənib.

Qeyd edək ki, bundan əvvəl İranın OPEC-dəki nümayəndəsi Mehdi Əsali ölkəsinin neft hasilatı həcmini dondurmağı planlaşdırmadığını bəyan etmişdi: "İran istehsalı sanksiyalardan əvvəlki neft hasilatı səviyyəsinə kimi qaldırmaq niyyətindədir".

* * *

İran neft hasilatı həcmini dondurmağı planlaşdırmır. RİA Novosti-nin verdiyi məlumata görə, bu barədə İranın OPEC-dəki nümayəndəsi Mehdi Əsali bəyan edib.

Onun sözlərinə görə, İran istehsalı sanksiyalardan əvvəlki neft hasilatı səviyyəsinə kimi qaldırmaq niyyətindədir.

Qeyd edək ki, Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela fevralın 16-da Dohada keçirilmiş danışıqların yekunu üzrə məlumat veriblər ki, neft hasilatını yanvardakı səviyyədə dondurmağa hazırdırlar. Bunun üçün digər istehsalçılar da həmin təşəbbüsə qoşulmalıdırlar.  /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar