Türkiyədə güclü partlayış - 28 nəfər şəhid olub - VİDEO

Hökumət sözçüsü Numan Kurtulmuş ölənlərin sayının 28 nəfərə yüksəldiyini bildirib.  

Hüquq-mühafizə orqanlarının səlahiyyətli şəxsləri dəhşətli terror aktının arxasında PKK terror təşkilatının durduğuna dair versiya irəli sürürlər. Onların fikrincə, PKK bu teraktla Cizrədə və Surda uğradığı məğlubiyyətin qisasını almağa çalışıb.

Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu Ankaradakı terror aktı nəticəsində ölənlərin sayının artdığını açıqlayıb. Musavat.com-un məlumatına görə, nazir hadisə yerində 20-21, xəstəxanada isə 3 nəfərin dünyasını dəyişdiyini açıqlayıb. Beləliklə, terror aktı nəticəsndə ölənlərin sayı azı 24 nəfərə çatıb.

***

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Ankaradakı partlayışların nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, 61 yaralı var. Hadisə ilə bağlı rəsmi xəbərlərin yayımlanmasına hökumətin qoyduğu qadağa davam eidr.

Ankarada törədilmiş terror aktının baş verdiyi an videomüşahidə kameraları tərəfindən qeydə alınıb.

"Habertürk" xəbər verir ki, Ankaradakı partlayışlardan sonra Türkiyə hökuməti təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırıb.

*    *    * 22:37

Türkiyənin paytaxtı Ankarada güclü partlayış olub. ANS PRESS-in məlumatına görə, Türkiyə mətbuatı yazır ki, güclü partlayış hərbi şəhərcik yaxınlığında baş verib.

Bildirilir ki, partlayış hərbi maşın olduğu ərazidə baş verib. Ehtimal edilir ki, hərbi şəhərciyə hücum terror hadisəsidir. Çox sayda vətəndaşın yaralandığı qeyd olunur.

Hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının həkimləri yaralılara kömək edir.

Artıq Türkiyənin baş naziri Əhməd Davudoğlu partlayışla bağlı Beliçkaya səfərini təxirə salıb. O bildirib ki, partlayışın səbəbləri araşdırılır.

Ankara valisi partlayışla bağlı açıqlama verib. ANS PRESS-in məlumatına görə, vali Mehmet Kılıçlar bildirib ki, partlayış hərbi maşın karvanında baş verib.

Hadisə nəticəsində 11 nəfər şəhid olub, xeyli yaralı var.

"Partlayışın avtomobilə yerləşdirilmiş bombanın işə salınması nəticəsində baş verdiyi ehtimal edilir", - Mehmet Kılıçlar

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar