"Azərpoçt"un sabiq rəhbərinin həbs müddəti uzadıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq baş direktoru Qəmbər Bəybalayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Trend-in məlumatına gorə, Səbail rayon Məhkəməsinin qərarı ilə Q.Bəybalayev barəsində seçilmiş həbs qərarının müddəti daha 3 ay artırılıb.

Qeyd edək ki, Q.Bəybalayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Q.Bəybalayevə qarşı Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrilə ittiham irəli sürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar