Cəmil Həsənlinin təbliğatını aparan gənclər saxlanıldı

Bu gün saat 20.30 radələrində prezidentliyə namizəd Cəmil Həsənlinin təbliğatını Fəvvarələr meydanında aparan 20-yə yaxın gənc paytaxt polisi tərəfindən saxlanilaraq naməlum istiqamətə aparilib. Bu barədə Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı məlumat yayıb.

Onun sözlərinə görə, bu gənclər üzərində "Cəmil Həsənli" və "Oğruya yox, Doğruya səs ver" sözləri yazilmiş gödəkcələr geyərək sentyabrin 22-də keçırılməsi nəzərdə tutulmuş sanksiyalaşdırılmış mitinqə çağırış vərəqələri paylamaqla məşğul idilər. Polislər isə bunu asayiş pozuntusu kimi qeydə qalıblar və gəncləri saxlayaraq polis maşınlarında doldurub aparıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar