BİR LAYİHƏYƏ 770 MİLYON YATIRAN GİZLİ OLİQARXIMIZ...

Men adasında qeydiyyata alınan "Mercury Investment & Holdings ltd"nin sahibi hansı nazirimizdir?

Xarici "Mercury Investment & Holdings ltd" Azərbaycanda 250 milyon dollar istiqraz emissiyası buraxmaq istəyir, - deyə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi(QKDK) məlumat verib.

QKDK 28 fevralda şirkətin nominalı 100 dollar olan 2,5 mln istiqraz emissiyasını qeydiyyata alıb. Yerləşdirmə qapalıdır.

Bu, şikətin məqsədini açıqlamadan ölkəyə ilk sərmayəsi deyil. Bu isə pul yuyulması olduğunu da göstərir. Belə ki, 7 avqust 2012-ci ildə 200 milyon dollar, ötən ilin 15 iyulunda 250 milyon dollar istiqraz yerləşdirib. Ötən ilin 15 noyabrında 70 milyon dollar həcmində emissiya yerləşdirilib.

QKDK-da Turan-a deyiblər ki, "Mercury Investment & Holdings ltd" Men adasında hüquqi şəxsdir. Komitədə sirli “əcnəbilərin” layihələrini qapalı hesab edirlər.

Turan-ın müxbiri müəyyən edib ki, "Mercury Investment & Holdings ltd" 2005-ci ildə təsis edilib. "Baku Steel Company" (BSC) MMC də orda qeydiyyata alınıb.

Prezident İlham Əliyev 2014-cü ili sənaye ili elan edib. O, metallurgiya kompleksinin inkişafına da diqqət çəkib. Bu kontekstdə Hövsanda 750 min ton gücündə poladəritmə müəssisəsi tikintisi ideyası uyğun gəlir. Onun tikintisi və texniki təchizatında Siemens AG şirkəti iştirak edir.

Ötən il bu şirkət BSC ilə gücü 1 mln ton olan kompleks tikmək barədə saziş imzalayıb.

İstisna olunmur ki, "Mercury Investment & Holdings ltd" bütün investisiyaları (770 milyon dollar) bu layihəyə qoyur.

O da isisna deyil ki, bu şirkət də Azərbaycandan olan oliqarxlardan birinə aiddir. Son illər dünyada baş verən proseslərlə bağlı oliqarx məmurlarımızın əcnəbi banklarda yerləşdirdikləri 100 milyonlarla dollar vəsaitlərini xarici ölkələrdə, xususən offşor adalarda qeydə alınan şirkətlər adıyla Azərbaycana qaytardığı müşahidə olunur. Bununla da bir tərəfdən rüşvət və korrupsiya hesabına əldə etdikləri "çirkli" pulları "yuduqlarını" düşünürlər, digər tərəfdən də kapitallarının təhlükəsizliyini təmin edirlər.

Son vaxtlar rüşvət və korrupsiya hesabına əldə olunan pullara maliyyə amnistiyası verilməsinin gündəmə gətirilməsinin də bununla bağlı olduğu şübhə doğurmur. Oliqarx nazirlərimiz artiq dünyanın heç yerində özlərini və kapitallarını Azərbaycandakı qədər təhlükəsiz hesab etmirlər...

Heç şübhə yoxdur ki, Men adasında qeydiyyata alınan "Mercury Investment & Holdings ltd" də Azərbaycan hakimiyyət nümayəndələrindən birinə məxsusdur. Hər halda normal xarici şirkət olsa idi, özü, rəhbərliyi və həyata keçirdiyi layihələr barədə məlumtların GİZLİ SAXLANILMASINI lazım bilməzdi. Ancaq bir layihəyə 770 milyon dollar qoyan şirkətin sahibini nə qədər gizli saxlamaq olar? Gec və ya tez bu HAKİMİYYƏT TƏMSİLÇİSİ ifşa olunacaq.

Əslində onu müəyyən etmək o qədər də çətin olmayacaq. Çünki Azərbaycanda milyardlarla dollar kapitalı olan hakimiyyət nümayəndəsinin sayı elə də çox deyil...

VAQİF

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar