Qəbələnin Kötüklü kənd sakinləri fevralın 27-nə keçən gecə Ağdama gələrək, Ermənistan tərəfə keçməyə çalışıblar. 25 nəfər Qəbələ sakini əllərində ağ bayraqla Ağdama keçərkən polis işçiləri onları mühasirəyə alıblar.
Bu barədə Meydan TV-yə hadisə iştirakçısı, hazırda Ağdamda olan Qəbələ sakini Ramin İsmayılov məlumat verib.
O bildirib ki, etirazlarının səbəbi Nəbiyevlər ailəsinin Qəbələdə onlara qarşı etdiyi haqsızlıqdır: “Nəbiyevlər uşaqlarımızı şərləyib tuturlar. “Azərişıq”-ın Bakı üzrə nümayəndəsi Qara 
Ermənistan tərəfə keçmək istəyən 25 nəfər olmaqla 8 ailə Ağdam polis şöbəsindədir. Ailələr Prezident Administrasiyasından bir nəfər nümayəndənin gəlib onların şikayətləri ilə maraqlanmasını istəyirlər.
Ağdam rayon polis şöbəsindən Meydan TV-yə hadisənin baş verdiyini təsdiq etdilər. Polis işçisi İsmayılov bildirib ki, ailələr polis şöbəsindədirlər. Məsələ ilə bağlı araşdırma aparılır.
Məsələ ilə bağlı Nəbiyevlərlə hələlik əlaqə saxlamaq mümkün olmayıb.

Şərhlər