"Zakir Həsənovun cəbhədə keçirdiyi müşavirə Yerevanda dinlənilib"- Sensasion açıqlama

Ermənistan kəşfiyyatının ordu rəhbərliyini mobil telefonlar vasitəsi ilə dinləməsinin qarşısını almaq üçün kiçik rütbəli zabitlərə telefon işlətmək qadağan olunub

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun cəbhə bölgəsində MN-nin rəhbər heyəti, o cümlədən döyüş bölgələrində yerləşən birləşmə və hərbi hissə komandirləri ilə keçirdiyi mühüm müşavirənin tam təfsilatı Yerevanda dinlənilib.

Bu sensasion məlumatı hərbi ekspert Üzeyir Cəfərov öz "Feysbuk" səhifəsində yayıb.

Hərbi ekspertin sözlərinə görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan bir qayda olaraq cəbhədəki müşavirənin ən xırda detallarınından xəbər tutaraq Ermənistan prezidenti Serj Sərkisyana məruzə edir: "O da dərhal özünü "ağıllı və tədbirli" göstərmək üçün mətbuat vasitəsilə Azərbaycanı hədələyən bir bəyanat səsləndirir. Yəqin ki hamınızın bundan xəbəri var. Bizim generallarımız mat qalıblar ki, onların qapalı yerdə danışdıqları sözlər ən xırda detallarına kimi Ermənistana görəsən necə məlum olub. Sonradan məlum olub ki, bütün müşavirə mobil telefon vasitəsiylə düşmən tərəfdən yazılıb və deşifrə olunub".

Ü.Cəfərov qeyd edir ki, bundan sonra, "döyüş görmüş naziri" əmr verib ki, MN-də xidmət zamanı mobil telefon islətmək qadagandir: "İndi MN sistemində çox "operativ" iş üslubu mövcuddur. Səhər xidmətə gələndə bütün şəxsi heyətdən mobil telefonlar məcburi yığılır. Amma, bir neçə nəfər bu telefondan istifadə etmək hüququnu özündə saxlayır. Onların kimliyini isə MN-də gözəl bilirlər".

Hərbi ekspert hesab edir ki, ən vacib qərarları və hərbi sirləri qorumaq üçün aşağı rütbəli zabit və gizirlərdən, o cümlədən əsgər və ya çavuşlardan telefonu yığmaq, yüksək rütbəli zabitlərə isə belə bir imtiyaz tanımaq effektsizdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar