“Çelsi” Bentekeni heyətinə qatmaq niyyətindədir

İngiltərənin “Çelsi” klubu “Aston Villa”nın hücumçusu Kristian Bentekenin keçidi ilə bağlı təklif hazırlayır. Bu barədə Trend Rusiya KİV-nə istinadən məlumat verir.

Fransanın “PSJ” klubu ilə İtaliyanın ” Napoli” klubunun hücümçu Edinson Kavaninin keçidi ilə bağlı razılığa gəlmələri barədə məlumatlar yayılandan sonra London təmsilçisi bütün diqqətini Belçika millisinin futbolçusuna yönəldib.

“Çelsi” klubunun yeni baş məşqçisi Joze Morinyo üçün 22 yaşlı Bentekenin namizədliyi hazırda prioritetdir.

Xatırladaq ki, “Totenhem” və “Liverpul” klubları da hücumçuya maraq göstərir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar