Cəbhədə erməni təxribatının qarşısı alındı - Düşmən itki verib

Martın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə yaxınlaşaraq ərazini minalamağa cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə yerində düşmənə məxsus iki ədəd mina, iki ədəd qumbara və istifadə etmək istədikləri qana bulaşmış ləvazimatlar aşkar olunub.

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar