"Görünür, mən lazımınca tələbkar olmamışam"

"Oyundan sonra Əsgər Abdullayevlə heç bir görüşüm, söhbətim olmayıb. O, hələ ki, baş məşqçimizdir. Klubdakı taleyinə, növbəti oyuna komandanı kimin çıxaracağına Müşahidə Şurası qərar verəcək". "Report"un məlumatına görə, bunu "Qəbələ"yə 1:2 hesablı məğlubiyyətdən sonra "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.

Xalq yazıçısı baş məşqçi axtarışlarına başlayacaqlarını bildirib. Onun fikrincə, "Neftçi"nin baş məşqçisi komandanın adına layiq, yaxşı, səviyyəli mütəxəssis olmalıdır: "Ancaq bu, o demək deyil ki, mütləq əcnəbi olacaq. Görürsünüz, Qurban Qurbanov yerli mütəxəssisdir, "Qarabağ" onunla uğurlar qazanır. Əslində, Əsgər Abdullayevlə 2015-ci ilin sonunadək anlaşmışdıq. Amma manatın ikinci devalvasiyası və Emil Mpenzaya olan borcumuz üzündən ondan xahiş etdik ki, bir müddət də postunda qalsın".

"Qəbələ"yə məğlubiyyətdən və AZAL-ın "Xəzər Lənkəran"ı səfərdə 1:0 hesabı ilə məğlub etməsindən sonra "Neftçi" 7-ci pilləyə enib. Ç.Abdullayev bu mövqenin qətiyyən qaneedici olmadığını bildirib: "Komanda indi bu yerdədirsə, ən birinci utanmalı olan insan mənəm. Görünür, mən lazımınca tələbkar olmamışam, günahlarım, səhvlərim olub".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar