Kolumbiyada “Zika” virusuna yoluxanların sayı 47 min nəfərə çatıb

Kolumbiyada “Zika” virusuna yoluxanların sayı 47 min nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə şənbə günü Cənubi Amerika ölkəsinin Milli Səhiyyə İnstitutu məlumat yayıb.

Fevralın sonunda ölkə hökuməti 42 min nəfərdə xəstəliyin aşkar edildiyini təsdiqləyib.

"Yoluxanların sayı 47 min 771 nəfər təşkil edir, onların 8 min 890 nəfəri hamilə qadınlardır", — deyə məlumatda bildirilir.

Hazırda Kolumbiya bu virusa yoluxanların sayına görə Latın Amerikası və Karib hövzəsində Braziliyadan sonra ikinci ölkədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar