“MƏNİM VƏ OĞLUM HAQQINDA NƏ YAZIRLAR YAZSINLAR" - General Vaqif Axundov

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov “virtualaz.org” saytında “Vaqif Axundovun oğlu - “əyləncələr kralı”” adlı fotomaterialın dərc olunmasına qısa münasibət bildirib.

General-polkovnik V.Axundov Publika.Az-a eksklüziv açıqlamasında deyib: “Mənim və oğlum haqqında nə yazırlar yazsınlar. Mən heç vaxt bundan incimərəm. Bu cür yazılardan narahat deyiləm”.

Xatırladaq ki, sözügedən yazıda Vaqif Axundovun oğlu Murad Axundovun dəbdəbəli həyat tərzindən və bahalı ziyafətlərindən bəhs olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar