"HƏBSİMDƏN 1 GÜN ƏVVƏL RAMİZ MEHDİYEVƏ MƏKTUB YAZDIM..." - Pərviz Həşimli həbsinin gizlinlərini açır- VİDEO

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimlinin məhkəməsi davam etdirilib. Jurnalist ifadəsində bildirib ki, verilən ittihamlarla özünü təqsirli bilmir.

“İfadəni mənim əvəzimdən MTN-in müstəntiqi yazıb. Mən o ifadəyə qol çəkməmişəm. Mən günahsızam, heç bir cinayət törətməmişəm”.

P.Həşimli deyib ki, MTN-in əməkdaşları onu həbsindən bir ay əvvəl izləməyə başlayıblar. Saxlanılarkən də izləndiyi maşında aparılıb. P.Həşimli həbsindən bir gün öncə ABŞ səfirliyinə həbs təhlükəsinin olduğunu yazıb. Həmin gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə də məktub yazaraq, onun haqqında yanlış informasiyalar verildiyini deyib.

“MTN rəhbəri İlham Əliyevə yalan məlumat verir. Guya mən MTN-in keçmiş müavini, indi Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Əli Nağıyevin qardaşı Vəli Nağıyevdən, deputat Cavid Qurbanovdan pul alıb müxalifətə verirəm. Antiterror mərkəzinin rəisi Elçin Quliyev “Quran” kitabı gətirdi ki, buna əl bas ki, pul çatdırmamısan. Əlimi kitaba qoyub dedim ki, mən pul göndərməmişəm”.

Jurnalist MTN-də onu işgəncə ilə təhdid etdiklərini deyib. “Məni bir otağa apardılar, içərisində işgəncə alətləri var idi. Onların hər biri barəsində mənə danışırdılar. Bununla mənə psixoloji təzyiq göstərirdilər."

Həşimli deyib ki, digər təqsirləndirilən Təvəkkül Qurbanovu onunla Gəncədə İlqar adlı şəxs tanış edib. T. Qurbanov oğlununun İqtisad Universitetində oxuduğunu və kəsirlərinin olduğunu deyib. O, jurnalistdən xahiş edib ki, kömk etsin. P. Həşimli oğlunun universitetdəki korrupsiya ilə bağlı ona yazmasını təklif edib. Bu məsələni ictimailəşdirib həllinə çalışacağını deyib.

“Təvəkkül yenə mənə zəng elədi ki, Bakıya gəlmişəm, necə görüşə bilərik? Dedim ki, gəl ofisə. Əgər mən onun silah gətirdiyini bilirdimsə, o zaman niyə bir otaqda 8-9 nəfər jurnalistin işlədiyi ofisə dəvət edirdim? “.

Məhkəmə prosesi 13 mart saat 10:30-a təxirə salınıb.

Sevinc Vaqifqızı

Meydan.tv

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar