"Mənə yönələn fikirlərə cavabı birbaşa İlham Əliyevə verəcəyəm"- Cəmil Həsənli

Milli Şuranın prezidentliyə vahid namizədi ona qarşı səsləndirilən ittihamlara da cavab verib: "Məlum oldu ki, onların strategiyasını 6 dəqiqəlik çıxışla məhv etmək olar"

Bu gün Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli RATİ-də mətbuat konfransı keçirib. Öncə Cəmil Həsənlinin mətbuat katibi konfransın məqsədi barədə məlumat verib. Debatda Cəmil Həsənliyə qarşı olan hadisə ilə bağlı Cəmil müəllimin mövqeyinin ifadə olunacağını dedi. Sonra təşviqat materiallarının və saytın təqdimatı nəzərdə tutulub.

Sonra Cəmil Həsənli danışıb. Prezidentliyə namizəd deyib ki, əslində debatda baş verənləri şərh etməyə ehtiyac yoxdur: "Çünki hər şey xalqın gözü qarşısında baş verdi. Bu cür hadisənin baş verəcəyini gözləyirdik. Azərbaycan hakimiyyəti elə vəziyyətdədir ki, onun 6 dəqiqəlik çıxışa dözümü yoxdur. Buna debat da deməyə adamın dili gəlmir. Totalitar qaydada debat təşkil edilib. Mənim birinci çıxışımdan sonra bilirsiniz ki, nələr baş verdi. Hakimiyyətin seçki texnologiyasının yararsızlığı üzə çıxdı. Məlum oldu ki, milyonlarla vəsait sərf olunan strategiyanı 6 dəqiqəlik çıxışla məhv etmək olar. Artıq birinci debat zamanı mənə YAP-a yaxın dairələrdən məlumat gəlmişdi ki, Əli Əhmədov sənə qarşı bir sənəd çıxaracaq. Mənim həyatım həmişə şəffaf olub. Mən heç bir qanun pozuntusuna yol verməmişəm. Mən hələ 1987-ci ildə Moskvada gözümdən əməliyyat olunmuşdum. Süni büllur təbəqəsi qoyulmuşdu. 10 il müddətinə nəzərdə tutulmuşdu. Sonralar məndə şəkər xəstəliyi əlamətləri meydana çıxdı. Ona görə yenidən əməliyyat olunmadı. Şükürlər olsun ki, mənim sağ gözüm tamamilə sağlamdır. 2011-ci ildə Zərifə Əliyeva adına Oftamologiya Xəstəxanasında sol gözüm yoxlandı və mənə məlum sənəd verildi. Bu, üçüncü dərəcəli əllilikdir. Üçüncü dərəcəli əlillik isə seçkidə iştirakı qadağan etmir".

Daha sonra Cəmil Həsənli İlqar Məmmədovun sənədlərinin saxta çıxarılması məsələsinə toxundu: "Hafizin sənədlərinin guya düzgün çıxması Azərbaycandakı vəziyyəti ortaya çıxarır. Hafiz Hacıyevin sənədləri Prezident Administrasiyasında ikili münasibət yaratmışdı.

Biz Milli Şuranın namizədindən xalqın namizədi olmaq taktikasından çıxış etdik və buna nail olduq. Hakimiyətin seçki strategiyasını darmadağın edə bildim. Ona görə ikinci debatda təxribat təşkil olundu ki, xalqa yönələn sözlərimin qarşısı alınsın.

Bunlar elə bilir ki, Hafizlə məni qarşı-qarşəya qoymaq istəyirlər. Bəyan edirəm ki, istər Hafiz, istər başqaları tərəfindən mənə yönələn fikirlərə cavabı birbaşa İlham Əliyevə verəcəyəm. Hafiz Hacıyev kimisini qeydiyyata almaq xalq tüpürməkdir. Dövlətimizin imici çox qiymətlidir. Bizim sözümüz İlham Əliyevə ünvanlanacaq. Çünki bu vəziyyəti ortaya gətirən odur. Bu çürük, mənəviyyatsız rejimdir. Azərbaycan xalqı ayağa qalxmalıdır və bunlara yox deməlidir".

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar