ABŞ ÖZ ORDUSUNDA İSLAHATLARA BAŞLAYIR – Amerikan strateqləri xəbərdarlıq edirlər

ABŞ Pentaqonda islahat aparmağa hazırlaşır. Bu ayın əvvəlində ABŞ müdafiə naziri Eşton Karter bildirib ki, onun rəhbərlik etdiyi idarə Amerika silahlı qüvvələrində planlı şəkildə islahat aparılması barəsində proqram təqdim etmək niyyətindədir. Ekspertlər qeyd edirlər ki, Pentaqonda islahatın aparılmasının vacibliyi onun tənəzzül yaşaması mənasına gəlmir. Lakin dünyadakı vəziyyət sürətlə dəyişir və ABŞ-ın bəzi müdafiə strukturları artıq müasir dövrün tələblərinə cavab vermir.

ABŞ-ın müdafiə strategiyası, ölkənin və millətin istənilən hərbi təhlükədən qorunmasını nəzərdə tutur. Hazırda bu təhlükələrin sayı artmaqdadır. Amerikanın Rusiya və Çin kimi keçmiş opponentlərinin artan qlobal ambisiyalarına, İran və Şimali Koreyanın nüvə silahı əldə etmək cəhdləri də əlavə olunub. Bütün bunlara beynəlxalq terrorçuluqla mübarizəni də əlavə etsəniz, onda tam aydın olar ki, Amerikanın heç zaman olmadığı kimi, yüksək döyüş qabliyyətlı və effektiv silahlı qüvvələrə ehtiyacı var.

Hərbi ekspert Todd Harison deyir: ”Biz, öz hərbi potensialımızın dağıdılması ilə risk edirik. İş ondadır ki, hərbi büdcə böyüyən kimi, bizim silahlı qüvvələrimiz azaldılıb. Ancaq nə zaman kı, büdcə azalmağa başlayır, silahlı qüvvələr də onunla birlikdə ixtisar edilır. İndi problem ondadır ki, bizim xərclərimiz əvvəlkindən artıqdır, lakin say və hərbi potensial baxımından ordunun potensialı artmayaraq, yerində qalıb”.

Pentaqon, Müdafiə Nazirliyinin 30 il bundan öncə qəbul etdiyi islahat haqqında “Golduoter-Nikols aktı”na yenidən baxmağa başlayıb.

Bu onilliklər ərzində silahlı qüvvələrin taktika və strukturu əhəmiyyətli dərəcədə dəyişilib. Belə güman edilir ki, islahatlar həm hərbi komandanlığın iyerarxik quruluşuna və həm də ki, iri miqyaslı hərbi əməliyyatların həyata keçirilməsinə də şamil olunacaq.

Bu yaxınlarda rəyi soruşulan hərbi ekspertlərin əksəriyyəti Pentaqonun müxtəlif departamentləri ilə Ağ Evin qarşılıqlı fəaliyyəti və bu sahədə Konqresin nəzarətçi kimi rolunun arzuolunan səviyyədə olmadığı barədə qənaətlərini dilə gətiriblər. Bu, əsasən yeni hərbi ləvazimatların alınması və əlavə maliyyə vəsaitlərinin ayrılması məsələsində aydın hiss olunur.

Bütün bunların hamısını nəzərə alan Pentaqon, İŞİD-lə mübarizə və Rusiyanın Şərqi Avropada durdurulması strategiyası üçün nəzərdə tutulan fondun artırılmasına nail olmaq istəyir.

Beynəlxalq təhlükəsizlik üzrə ekspert Mark Kensian bildirir: ”Birləşmiş Ştatlar iki dövlətin - Çin və Rusiyanın mövqelərinin güclənməsindən narahatdır və ona görə də, bu istiqamətdə addımlar atılır. Şərqi Avropada “Avropa təhlükəsizliyi təşəbbüsü” adlanan qurum var. ABŞ prezidentinin təklifi ilə onun büdcəsi 2017-ci ildə 4 dəfə artırılmalıdır. Konqress bu təşəbbüsü bəyənir. Biz bu regiondakı aktivləşmənin güclənməsini görürük. Belə ki, daha çox müdafiə sistemləri və daha çox hərbi təlimlərin şahidi oluruq”.

Gələn il üçün ABŞ-ın ümumi hərbi büdcəsi 583 milyard dollar təşkil edəcək. Rusiyanın Avropadakı potensial aqressiyasına qarşı durmaq üçün, Pentaqon, ABŞ Konqresindən 2017-ci il üçün 3,5 milyard dollar tələb edib. Güman edilir ki, bu vəsaitə keçmiş sovet blokuna daxil olan Avropanın altı ölkəsində raket əleyhinə vahid müdafiə sistemlərinin elementləri və həmçinin də əlavə olaraq, 250 ədəd zirehli texnika yerləşdirilsin.

Hərbçilər bundan daha artıq məbləğı - səkkiz milyard dolları sualtı sistemlərin bazasının inkişaf etdirilməsi üçün istəyirlər.

Bu cür böyük xərclər rəqibin gücünün sıradan çıxarılmasına yox, münaqişə zamanı potensial düşmənin təcavüzünün önünün dayandırılmasına istiqamətlənib. Analitiklər şərh edirlər ki, 21-ci əsrin konsepsiyası starteji baxımdan düşmənin qarşısının alınması və hərbi gücün möhkəmləndirilməsi kimi xarakterizə oluna bilər.

Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar