Azərbaycanda Novruz bayramının tətil günləri başlayıb

Azərbaycanda Norvuz bayramı ilə əlaqədar tətil günləri başlayıb."Report" xəbər verir ki, bayramla əlaqədar 9 gün iş olmayacaq. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günüdür.

Əmək Məcəlləsinə əsasən, martın 20-si qeyri-iş gününə-bazar gününə düşdüyündən martın 25-i (cümə günü) qeyri-iş günü hesab olunacaq.

Bu gün - martın 19-u şənbə gününə təsadüf etdiyindən iş olmayacaq. Beləliklə, Novruz bayramında martın 19, 20, 21, 22, 23, 24, 25, 26, 27-si iş olmayacaq. Bayramdan sonra növbəti iş günü martın 28-nə təsadüf edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar